Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner
Banner

Maliyyə

  1. Ana səhifə
  2. Maliyyə
  1. Maliyyə

AYİB-in vitse-prezidenti: "Orta Dəhliz boyu Azərbaycanın tranzit imkanlarının artırılmasına dəstək göstəririk" - MÜSAHİBƏ

AYİB-in vitse-prezidenti: "Orta Dəhliz boyu Azərbaycanın tranzit imkanlarının artırılmasına dəstək göstəririk" - MÜSAHİBƏ | FED.az
13:13 23 Yan 2023

FED.az ötən həftə Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Boumanla Azərbaycanla əməkdaşlığın hazırki, gələcək perspektivləri ilə bağlı müsahibəni təqdim edir:

İlham Əliyev Avropa Bankının birinci vitse-prezidenti ilə - GÖRÜŞÜB - YENİLƏNİB

- Cənab Bouman, Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfər etdiniz. Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanla əməkdaşlığının gələcək perspektivləri nədən ibarət olacaq?

- Bu məsələləri çoxdankı tərəfdaşlarımızla şəxsən müzakirə etmək üçün Bakıda olmaq çox gözəldir. Biz Azərbaycana və Qafqaza tam sadiqik və inanırıq ki, sərmayələrimiz siyasət dəstəyi, texniki əməkdaşlıqla birlikdə Azərbaycana nəzərəçarpacaq faydalar gətirməyə davam edəcək.

Bilirik ki, Azərbaycan iqtisadiyyatı yaxşı inkişaf edir. Bunun səbəblərindən biri də enerji qiymətlərindəki cari artımdır. Azərbaycanın orta və uzunmüddətli dayanıqlığını gücləndirməklə bağlı bu fürsət pəncərəsindən istifadə etmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik.

Buradakı hazırkı strategiyamız Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək etmək, kiçik və orta sahibkarlıq (KOB) üçün maliyyəyə daha yaxşı çıxışı təmin etmək və ölkənin dekarbonizasiya ilə bağlı gündəmini dəstəkləməkdən ibarətdir.

2022-ci il həm siyasət, həm də investisiya baxımından bir çox ilklər ili oldu. Keçən il biz Qaradağda ilk günəş elektrik stansiyasını birgə maliyyələşdirdik. Həmçinin, flaqman Yaşıl Şəhərlər proqramımız çərçivəsində iki müqavilə imzaladıq. Birinci saziş Gəncəyə bərk məişət tullantılarının idarə olunmasını təkmilləşdirməyə kömək etmək, ikinci saziş isə şəhərin enerji səmərəliliyini artırmaq məqsədi daşıyır. Bundan əlavə, logistika sərmayələri, eləcə də ixrac bazarının şaxələndirilməsi və yenidən istiqamətləndirilməsi ilə kiçik və orta sahibkarlığı (KOS) dəstəklədik.

Rəqəmsallaşma baxımından biz Avropa İttifaqı ilə birlikdə Azərbaycanın regionlarında 280 mindən çox ailənin internetə etibarlı çıxışını təmin etmək üçün “Aztelecom”a 50 milyon dollara qədər kreditin verilməsinə dəstək verdik. Həmçinin, hökumətlə ikitərəfli donor sazişi vasitəsilə maliyyələşdirilən ilk layihə olan İT mərkəzlərini işə saldıq. Bu layihədə məqsəd tələbələrin regionlarda təlim keçməsinə dəstək olmaq və onların beynəlxalq informasiya texnologiyaları şirkətlərində məsafədən iş tapmasına kömək etməkdir.

Azərbaycanla əməkdaşlığa 2023-cü ilə də güclü start vermişik. Bura səfərim zamanı biz Azərbaycanın ikinci dərəcəli aparıcı istehsalçısına öz istifadə müddəti bitmiş batareyanın təkrar emal imkanlarını genişləndirməyə dəstək olmaq üçün ilk dairəvi iqtisadiyyat layihəmizi imzaladıq. Bu, həm də Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bu nailiyyətlərə baxaraq, əminəm ki, Azərbaycanla davamlı infrastruktur, yaşıl maliyyə, iqtisadi inklüzivlik və ya rəqəmsallaşma sahəsində səmərəli əməkdaşlığımız davam edəcək. Biz bu sürəti 2023-cü ilə və ondan sonrakı dövrə də daşıyacağıq.

- Bankın əsas prioritetlərindən biri yaşıl iqtisadiyyatın inkişafıdır. Bunu nəzərə alaraq, AYİB 2023-cü ildə Azərbaycanda hansı sahələrə və hansı həcmdə kredit ayırmağı planlaşdırır?

- Azərbaycanda ənənəvi yanacaq bahalaşıb. Bu baxımdan, bərpa olunan enerji mənbələrinin ekoloji faydaları ilə yanaşı, iqtisadi cəhətdən səmərəliliyi də ortaya çıxıb.

Buna görə də, indi investisiyalar və qanunverciliyin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın karbon yanacağından asılılığı azaltmaq səylərini fəal şəkildə dəstəkləyirik. Biz bu yaxınlarda ölkədə ilk özəl günəş elektrik stansiyasının tikintisinə birgə sərmayə qoyduq, həmçinin Abşeron yarımadasında külək elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsi imkanlarını araşdırırıq.

Siyasət tərəfində biz Energetika Nazirliyinə şəbəkənin təkmilləşdirilməsi üzrə tədqiqatın aparılmasında köməklik göstərmişik və Paris razılaşmasına əsasən ölkənin öhdəliklərinə uyğun olaraq Azərbaycanda aşağı karbonlu və iqlimə davamlı enerji sektorunun inkişafına dəstəyi davam etdirmək üçün saziş imzalamışıq.

Bura bərpa olunan enerjinin gələcək inkişafı, şəbəkənin təkmilləşdirilməsi, təkmilləşdirilmiş enerji səmərəliliyi və hidrogen kimi yeni texnologiyaların tədricən tətbiqi daxildir.

- AYİB bu il və növbəti illərdə Orta Dəhlizin inkişafına necə dəstək verəcək?

-Beynəlxalq daşıyıcılar Orta Dəhliz vasitəsilə daşımalara artan tələbatla öz tranzit marşrutlarını şaxələndirməyə çalışırlar. Marşrut Qafqaz və Mərkəzi Asiya üçün yeni ticarət imkanları açmaq potensialına malikdir və real alternativdir. Bu, dəhliz boyunca yerləşən ölkələrin artım potensialını artırmağa kömək edəcək və onun keçdiyi ölkələrdə, o cümlədən Qafqazda logistika və nəqliyyat qovşaqlarının inkişafına dəstək verəcək.

AYİB öz müştərilərinə anbarların tikintisi, Gürcüstanda liman infrastrukturunun təkmilləşdirilməsi və Qazaxıstanda dəmir yollarına sərmayə yatırmaq kimi müxtəlif layihələr vasitəsilə Mərkəzi Asiyanı Qafqazla əlaqələndirməkdə fəal şəkildə dəstək verir.

Biz həmçinin Azərbaycana Orta Dəhliz boyu idxal, ixrac və tranzit imkanlarını artırmağa kömək etmək üçün çalışırıq. Bu yaxınlarda özəl logistika şirkətinə Bakı limanı yaxınlığındakı Ələt Azad İqtisadi Zonasında anbar tikintisi üçün kredit ayırdıq və Orta Dəhliz boyu kiçik və orta biznes üçün logistik investisiyaları dəstəklədik.

Hazırda digər logistika layihələrinə investisiya yatırmaq imkanlarını, o cümlədən Azərbaycanın tranzit potensialını yaxşılaşdırmaq üçün Aİ ilə işləmək imkanlarını araşdırırıq.

- Xanım Odil Reno-Basso ötən il Bakıda olarkən bir sıra görüşlər keçirdi. O cümlədən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə 100 milyon dollar kreditin ayrılması üçün mandat məktubu imzalandı. Kreditin ayrılması ilə bağlı hazırkı durum necədir?

- AYİB-lə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” arasında mandat məktubu imzalansa da, kreditin maliyyələşdirilməsi hələ ki, təsdiqlənməyib. Hazırda lazımı araşdırma və danışıqlar davam edir və layihənin təfərrüatlarını müəyyənləşdirmək tezdir. Bununla belə, biz bu ilin yayına qədər müqavilə bağlaya biləcəyimizə ümid edirik.

- Səfər zamanı Azərbaycan Mərkəzi Bankı ilə görüşünüz olub. Əməkdaşlıq üçün hansı planlarınız var?

- Bəli, düz deyirsiniz. Çərşənbə günü Mərkəzi Bankın yeni sədri ilə görüşümüz zamanı biz Azərbaycanın cari iqtisadi və bank mənzərəsini araşdırdıq və diqqəti kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirmə alətlərinin təkmilləşdirilməsi yollarının axtarılmasına yönəltdik.

Müzakirə etdiyimiz təşəbbüslərdən biri yerli KOB-lara kredit reytinqləri əldə etməkdə kömək etmək üçün Daxili Kredit Reytinq Agentliyinin yaradılması potensialı idi. Biz həmçinin, ehtiyac olarsa, Ekoloji, Sosial və İdarəetmə (ESG) sahələrində təlim və əlavə yardım göstərməklə Mərkəzi Banka öz dəstəyimizi təklif etdik.

Biz 2023-cü il və ondan sonrakı müddətdə Azərbaycanın bank sektorunun sabitliyini və dayanıqlığını gücləndirmək istiqamətində işi davam etdirməyə sadiqik.

- Cənab Bouman bilirik ki, qlobal siyasi proseslər dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Hazırda Rusiya-Ukrayna müharibəsi davam edir. Bu il müharibənin dünya iqtisadiyyatına, o cümlədən Cənubi Qafqaz və Azərbaycan iqtisadiyyatına təsirlərini necə görürsünüz?

- Biz bu həlledici dövrdə Ukraynaya və onun real iqtisadiyyatına dəstəyimizdə çox fəalıq. Ukrayna xalqı ilə həmrəyik və Rusiyanın işğalını qətiyyətlə pisləyirik. AYİB-in prezidenti ötən ilin oktyabr ayında Kiyevə səfər etdi, prezident Zelenski, baş nazir Denis Şmıxal, Kiyev meri Vitali Kliçko ilə görüş keçirdi. Prezident Zelenskinin səfər zamanı dediyi kimi, qarşıda duran vəzifə qışla mübarizə aparmaqdır. Biz artıq Ukrayna üçün 1,7 milyard avro, tərəfdaş banklarımızdan isə əlavə 200 milyon avro səfərbər etmişik.

Hazırda diqqətimiz Ukraynaya növbəti bir neçə ayda istilik, qaz və elektriklə bağlı problemlərdən yayınmaq üçün kömək göstərməkdir.

Təəssüf ki, bu münaqişənin hələ aylarla davam etməsinə hazırlaşmalıyıq. Bununla belə, vaxtı gələndə biz bu dağıdıcı müharibənin ardınca gələcək yenidənqurma və bərpa işlərində aparıcı rol oynamağa hazırıq.

Cənubi Qafqaza gəlincə, gözlənilməz qısamüddətli amillər, o cümlədən Rusiyadan daha çox xalis pul köçürmələri axını və turizmdən əldə edilən gəlirlərin gözləniləndən çox olması səbəbindən iqtisadi artım gözləniləndən yüksək olub. Azərbaycanda iqtisadi artıma əsas təsir göstərən isə enerji qiymətlərindəki cari artımdır.

Düşünürük ki, enerji qiymətləri və Azərbaycan qazına tələbat bu il yüksək olaraq qalacaq. Bu, ölkənin 2023-cü il ərzində ümumi iqtisadi göstəricilərini dəstəkləyəcək. Bununla belə, biz bu fürsət pəncərəsindən ölkənin orta və uzunmüddətli davamlılığını təmin etmək və daha etibarlı təchizat zəncirlərindən və logistik həllərdən faydalanacaq yerli istehsalı artırmaq üçün istifadə etmək istərdik. (Apa)

Banner
  • Mark Bouman
  • vitse-prezident
  • AYİB
  • Orta Dəhliz
  • Azərbaycan
  • tranzit
  • imkanlar
Paylaş

Digər xəbərlər

Rəsmi məzənnələr - AÇIQLANDI
Maliyyə 7 İyun 2023
Rəsmi məzənnələr - AÇIQLANDI
Dünya Bankı Türkiyənin iqtisadi artım - PROQNOZUNU ARTIRIB
Maliyyə 7 İyun 2023
Dünya Bankı Türkiyənin iqtisadi artım - PROQNOZUNU ARTIRIB
Türkiyədə dollar daha da bahalaşdı – 22 LİRƏDƏN ARTIQDIR - SON VƏZİYYƏT
Maliyyə 7 İyun 2023
Türkiyədə dollar daha da bahalaşdı – 22 LİRƏDƏN ARTIQDIR - SON VƏZİYYƏT
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Maliyyə 6 İyun 2023
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Fitch: "Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini daha da artıracaq"
Maliyyə 6 İyun 2023
Fitch: "Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini daha da artıracaq"
Hesablama Palatası: “Qaçqınkom”da 20,1 mln. manat vəsait düzgün istifadə edilməyib"
Maliyyə 6 İyun 2023
Hesablama Palatası: “Qaçqınkom”da 20,1 mln. manat vəsait düzgün istifadə edilməyib"
Valyuta hərracı keçirildi - NƏTİCƏ
Maliyyə 6 İyun 2023
Valyuta hərracı keçirildi - NƏTİCƏ
Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər -  QƏBUL OLUNDU
Maliyyə 6 İyun 2023
Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər - QƏBUL OLUNDU
Samir Şərifov: "Dövlət büdcəsinin xərclərinin 10 % artırılması nəzərdə tutulur"
Maliyyə 6 İyun 2023
Samir Şərifov: "Dövlət büdcəsinin xərclərinin 10 % artırılması nəzərdə tutulur"
Nazir: “Qarabağa ayrılan pulun 60 %-i xərclənib”
Maliyyə 6 İyun 2023
Nazir: “Qarabağa ayrılan pulun 60 %-i xərclənib”
Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər - MÜZAKİRƏ EDİLİR
Maliyyə 6 İyun 2023
Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər - MÜZAKİRƏ EDİLİR
Azərbaycanda səhmdar cəmiyyətlərinin - CƏRİMƏLƏNMƏSİ ARTIB
Maliyyə 6 İyun 2023
Azərbaycanda səhmdar cəmiyyətlərinin - CƏRİMƏLƏNMƏSİ ARTIB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • “Caspi Group” MMC - MƏHKƏMƏYƏ VERİLİB
    09:48 7 İyun 2023
  • “Bank Respublika” Naxçıvanda genişlənir - Sədərək filialı işə düşdü
    09:43 7 İyun 2023
  • 50 manat sərmayə ilə daha bir audit şirkəti yaradılıb
    09:42 7 İyun 2023
  • Leysan yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
    09:40 7 İyun 2023
  • “Transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması haqqında ərizə forması” - TƏSDİQ EDİLİB
    09:39 7 İyun 2023
  • Mərkəzi Bank texniki dəstək xidmətini bu şirkətə həvalə etdi - TENDER NƏTİCƏSİ
    09:37 7 İyun 2023
  • Kənd Təsərrüfatı Nazirliyinin yeni binasında 500-ə yaxın əməkdaş işləyəcək
    09:36 7 İyun 2023
  • Təcili: Dubaydan Bakıya əşya və mal gətirənlər limiti keçdilər - GÖMRÜK ÖDƏMƏLİ OLACAQLAR - VİDEO
    09:34 7 İyun 2023
  • Şimal-Qərb bölgəsində sel səbəbindən - Bəzi Yollar Bağlanıb
    09:32 7 İyun 2023
  • Azərbaycanda 100 manat nizamnamə kapitalı olan yeni lizinq şirkəti yaradılıb
    09:29 7 İyun 2023
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:29 7 İyun 2023
  • SOCAR Xersonda ailələri təxliyə edən könüllülərə - YARDIM EDİR
    09:26 7 İyun 2023
  • Dünya Bankı Türkiyənin iqtisadi artım - PROQNOZUNU ARTIRIB
    09:23 7 İyun 2023
  • Dövlət qurumu çoxsaylı yanğınsöndürmə avadanlığı alır - TENDER
    09:22 7 İyun 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    09:16 7 İyun 2023
  • Türkiyədə dollar daha da bahalaşdı – 22 LİRƏDƏN ARTIQDIR - SON VƏZİYYƏT
    09:15 7 İyun 2023
  • Göygöl şəhərində yolların əsaslı təmiri işləri ilə bağlı - TENDER ELANI
    09:14 7 İyun 2023
  • Bu gün banka məxsus yaşayış evləri satışa çıxarılır – QİYMƏT
    09:11 7 İyun 2023
  • Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - 41 QANUN DƏYİŞİR, SİYAHI
    09:04 7 İyun 2023
  • "Hidro Park" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:03 7 İyun 2023
  • İmişlidə qum-çınqıl çıxaranlara qarşı – CİNAYƏT İŞİ AÇILIB
    09:01 7 İyun 2023
  • FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin - RƏİSİ DƏYİŞDİ
    08:54 7 İyun 2023
  • "Yango" da Azərbaycanda - DAŞIMA ŞİRKƏTİ YARATDI
    08:52 7 İyun 2023
  • Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin tenderi - LƏĞV OUNDU
    08:45 7 İyun 2023
  • "Paşa Bank" kreditə görə yerli şirkəti - MƏHKƏMƏYƏ VERDİ
    08:39 7 İyun 2023
  • Azərbaycanda yeni audit şirkəti dövlət qeydiyyatına alınıb
    08:34 7 İyun 2023
  • 159 avtobus gecikir - SİYAHI
    08:30 7 İyun 2023
  • Bakıda bu yollarda tıxac var- SİYAHI
    08:17 7 İyun 2023
  • «Ermənistanla sülh sazişinin astanasındayıq» - 3 MƏSƏLƏ MANE OLUR
    02:13 7 İyun 2023
  • "Mobil Group" MMC "Marketinq üzrə mütəxəssis” vəzifəsi üzrə - VAKANSİYA ELAN EDİR
    22:32 6 İyun 2023
  • "Bravo" işçi axtarır - VAKANSİYA
    22:12 6 İyun 2023
  • "Azər Türk Bank" işçilər axtarır - VAKANSİYALAR
    22:09 6 İyun 2023
  • "Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
    22:05 6 İyun 2023
  • Qarabağda işləmək üçün işçilər axtarılır - MAAŞ 750-1400-1430-1600-1640-1800 MANAT - VAKANSİYA
    21:58 6 İyun 2023
  • "Access Bank" işçi axtarır - VAKANSİYA
    21:56 6 İyun 2023
  • Azərbaycan Sənaye Korporasiyası ASC işçi axtarır - MAAŞ 1440 MANAT - VAKANSİYA
    21:54 6 İyun 2023
  • "Rabitabank" işçi axtarır - VAKANSİYA
    21:52 6 İyun 2023
  • "ODONTOS LTD" işçi axtarır - MAAŞ 800-900-1000-1200-1600 MANAT - VAKANSİYA
    21:47 6 İyun 2023
  • "Baku Accountants Associates" MMC işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
    21:40 6 İyun 2023
  • "Invest AZ" QSC işçilər axtarır - VAKANSİYALAR
    21:33 6 İyun 2023
  • ÜÇÜNCÜ BİLDİRİŞ - Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nin ləğvedicisi - TƏYİN EDİLDİ
    18:58 6 İyun 2023
  • Avtomobillərin gömrük bəyannamələri ilə bağlı bu qərar - LƏĞV EDİLDİ
    18:23 6 İyun 2023
  • Leysan yağıb - FAKTİKİ HAVA
    18:20 6 İyun 2023
  • AQTA Rusiya araqları ilə bağlı əhaliyə müraciət edib - FOTOLAR
    18:12 6 İyun 2023
  • Bank sektorundan istehsalata - TRANSFER OLUB
    18:05 6 İyun 2023
  • Birinci rübdə Azərbaycanın sığorta sektorunun xalis mənfəəti - 42% ARTIB
    17:58 6 İyun 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:42 6 İyun 2023
  • “Ukrayna əks-hücum əməliyyatına başlayıb”
    17:37 6 İyun 2023
  • Fitch: "Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini daha da artıracaq"
    17:33 6 İyun 2023
  • Hesablama Palatası: “Qaçqınkom”da 20,1 mln. manat vəsait düzgün istifadə edilməyib"
    17:27 6 İyun 2023
  • Azərbaycanda rus vətəndaşı 20 min manat sərmayə ilə yeni şirkət yaratdı
    17:24 6 İyun 2023
  • Azərbaycanın yeganə saat istehsalçısı - VMF sirkəti - 1 milyon manat borc cəlb edir
    17:19 6 İyun 2023
  • Xəzinə 60 milyon manat da - BORCLANDI
    17:14 6 İyun 2023
  • Tovuz rayonunda yolların əsaslı təmiri işləri ilə bağlı - TENDER ELANI
    17:14 6 İyun 2023
  • Azərbaycan bazarına Kipr şirkəti daxil olur
    17:02 6 İyun 2023
  • "İdeal" mağazalarının keçmiş sahibinin şikayəti ilə bağlı - QƏRAR VERİLİB
    16:54 6 İyun 2023
  • AZAL və IATA yeni - MEMORANDUM İMZALAYIB
    16:48 6 İyun 2023
  • Dövlət qurumu pikap tipli avtomobil alır - TENDER ELANI
    16:47 6 İyun 2023
  • "Al Market" növbəti dəfə- MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    16:44 6 İyun 2023
  • Qopub tökülən “AMAY” ticarət mərkəzi ilə bağlı - RƏSMİ AÇIQLAMA
    16:40 6 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!