Dollar/TL məzənnəsində baş vermiş kəskin yüksəlişin ardından xarici təşkilatlar TL analizlərini yaymaqda davam edirlər.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankının faizini kəskin yüksəldəcəyi gözlənilir
FED.az xəbər verir ki, İsveçrə bankı "Credit Suisse", Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) yüksək faiz artımı edənə qədər dolar/TL məzənnəsinin 14 səviyyəsinə yüksələcəyini nəzərdə tutur.
Bankın iqtisadçıları TCMB-nin faiz artırması vəziyyətində dollar/TL-nin 11 səviyyəsinə geriləyəcəyini gözləyirlər.
"Credit Suisse"ın iqtisadçıları dollar/TL-nin sabitləşməsi üçün faizin illik inflyasiya ilə eyni səviyyəyə qaldırılması, başqa sözlə 5 bənd faiz artırılması lazım olduğuna işarə ediblər.
"Credit Suisse", məzənnədəki sabitlik üçün TCMB-nin 10 faiz bəndi olmaqla aqressiv bir faiz artırmasına da ehtiyac ola biləcəyini nəzərdə tutur.
Dünən Dollar/TL məzənnəsi 18,17% artaraq 13,4539 səviyyəsini görmüşdür. (Marja)