Qlobal investisiya bankı Goldman Sachs, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 2022-ci ilin 2-ci rübündə əsas pul siyasəti faizini 6 faiz bəndi artıraraq 14%-dən 20%-ə yüksəldəcəyini gözlədiklərini açıqlayıb.
FED.az xəbər verir ki, bu barədə Bankın yeni hesabatında bildirilir.
Goldman Sachs-ın iqtisadçıları bir əvvəlki hesabatında, 2022-ci ilin sonunda TCMB-nin faizinin 18% olacağını nəzərdə tutmuşdular.
Hesabatda Lirənin sürətlə ucuzlaşması və inflyasiya ilə əlaqədar olaraq Mərkəzi Bank üçün aşağı faizi saxlamağın çətinləşəcəyi qeyd edilib.
Hesabatda, Türk Lirəsinin Sentyabr ayından bəri təzyiq altında olduğu və digər inkişaf edən ölkə pul vahidlərindən əhəmiyyətli şəkildə aşağı performans göstərdiyi vurğulanıb.
Dünən Dollar/TL məzənnəsi 13 lirə səviyyəsinə keçib. Bakı vaxtı ilə saat 16:42-də Dollar/TL məzənnəsi 11% artımla 13,4539 səviyyəsini test edib (Marja).