Mərkəzi Bank IFC-nin dəstəyi ilə 110 ölkə üçün vahid taksonomiya prinsipinin yaradılması üzərində işləyir.
"Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlamışıq"
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə "Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu"nda məlumat verib.
“Dünyada taksonomiyaya malik 48 ölkə var, lakin onların hər biri bir-birindən fərqlidir, bir ölkədə ekoloji cəhətdən təmiz hesab edilənlər digərində belə olmaya bilər ki, bu da transsərhəd əməliyyatlar üçün çətinliklər yaradır. Bütün dünya üçün vahid taksonomiya ola bilməz, çünki hər bir ölkənin öz coğrafi və iqtisadi reallıqları var, lakin biz oxşar prinsiplərə malik taksonomiyaların qlobal səviyyədə tanınmasını təmin etməyə çalışırıq”, - deyə Ş.Mahmudzadə məlumat verib.