Martın əvvəlində üç mənfi amilin təzyiqi altında Rusiya valyutası daha da ucuzlaşacaq və bir dollar 80 rubl səviyyəsinə çatcaq.
Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul edib – YENİ QADAĞALAR, TAM SİYAHI
FED.az xəbər verir ki, bunu "BitRiver"in maliyyə analitiki Vladislav Antonov bildirib.
"Fevralın 20-dən 24-dək olan həftə Rusiya valyutası üçün uğursuz oldu. Onun zəifləməsinin növbəti mərhələsi 2022-ci ilin noyabr ayının sonunda başlayıb. Bu günə qədər Rubl Moskva birjasında ticarət edilən bütün əsas valyutalara qarşı təzyiq altında qalır”, - deyə o bildirib.
Milli valyuta üçün mənfi amillər büdcə kəsiri, ixrac gəlirlərinin düşməsi ilə xarici valyuta təklifinin azalması və geosiyasi risklərin artmasıdır. Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyaları aktiv şəkildə elan edirlər.
“Yuxarıda göstərilən amillər fevralın 27-dən martın 3-dək olan həftədə rubla təzyiq göstərməyə davam edəcək”, - Antonov proqnozlaşdırır.
O əlavə edib ki, Rusiya valyutasının zəifləməsinə Böyük Britaniya, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar səbəb olub.
Analitik proqnozlaşdırır ki, fevralın 27-dən etibarən kotirovkaların artımını ixracatçılar tərəfindən fevralın 28-də vergi ödəmələri üçün valyuta gəlirlərinin satışı bir qədər dayandıracaq.
Bu gün dollar 76,36 rubla, avro 80,77 rubla, yuan 11,03 rubla qədər yüksəlib. (Marja)