Kapital və maliyyənin hərəkəti balansında 1.6 milyard dollar kəsir yaranıb.
"Bu il Azərbaycan hökuməti 900 milyon dollarlıq qiymətli kağızı geri alıb"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.
O bildirib ki, bu dövrdə xarici maliyyə öhdəliklərin ödənilməsi səbəbindən kapital və maliyyənin hərəkəti hesabında 1.6 milyard dollar kəsir yaranıb.
"Bu kəsirin yaranması birmənalı olaraq bir daha deyirik ki, ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlarının maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır. Yəni, bu dövrdə ölkəmizin böyük bir maliyyə öhdəlikləri həyata keçirilib, maliyyə öhdəliklərinin azalması həyata keçirilib. Kapital və maliyyənin hərəkəti hesabı əsasən bildiyiniz kimi birbaşa xarici investisiyalar maddəsindən, portfel investisiyalar və digər investisiyalar maddəsindən ibarətdir"- deyə AMB direktoru vurğulayıb.
"Hesabat dövründə xarici ticarət balansında 2.7 milyard dollar profisit, təkrar gəlirlər balansında isə 180 milyon dollar profisit formalaşıb"- deyə AMB direktoru əlavə edib.