Azərbaycan hökuməti 900 milyon dollarlıq qiymətli kağızı geri almışdır.
AMB direktoru: "Azərbaycanın cari əməliyyatlar hesabında 1,7 milyard dollar profisit yaranıb"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən brifinqdə bildirib.
O bildiirb ki, cari əməliyyatlar balansındakı 1,7 milyard dollara qarşı kapital və maliyyənin hərəkəti balansında 1,6 milyard dollarlıq kəsir yaranmışdır.
Birmənalı olaraq bir daha deyirik ki, bu ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlarının maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır. Yəni, bu dövrdə ölkəmiz böyük bir maliyyə öhdəlikləri həyata keçirilib.
"Dövr ərzində birbaşa xarici investisiyalar maddəsində 346 milyon dollarlıq kəsir yaranıb. Kəsirin yaranma səbəbi əsasən ölkəyə qoyulan birbaşa xarici investisiya qarşılığında ölkədən çıxarılan kapital repatriasiyası ilə bağlıdır. Yəni biz bayaq qeyd etdiyimiz ilkin gəlirlər balansındakı faiz repatriasiyası, birbaşa xarici investisiyalar balansında isə kapital repatriasiyası həyata keçirilir. Yəni Azərbaycana bu dövrdə 1,5 milyard dollarlıq birbaşa xarici investisiya yatırılmışdır, bunun qarşılığında ölkədən 1,9 milyard dollarlıq kapital repatriasiyası həyata keçirilmişdir və bildiyiniz kimi kapital repatriasiyası da elə maliyyə öhdəliklərinin yerinə yetirilməsi deməkdir, maliyyə öhdəliklərinin azalması deməkdir" deyə AMB direktoru qeyd edib.
Samir Nəsirov bildirib ki, digər bir məqam portfel investisiyalarla bağlıdır. Burada struktur amilinə bir daha diqqətinizi çəkmək istəyirəm. Belə ki, bu dövrdə hökumət tərəfindən buraxılmış qiymətli kağızların, emissiya edilmiş qiymətli kağızların avrobondlarının vaxtının bitməsi ilə əlaqədar olaraq Azərbaycan hökuməti 900 milyon dollar qiymətli kağız geri almışdır. Bu isə birbaşa olaraq ölkənin birbaşa xarici borcunun azaldılmasına xidmət edən amildir və bizim maliyyə öhdəliklərimizi azaldan ən vacib maddələrin izahıdır.