Azərbaycanda təmassız ödəniş həlli "Google Pay" istifadəyə verilib.
Eləcə də bax: Azərbaycanda “Google Pay”dən istifadə mümkün olub - VİDEO
FED.az xəbər verir ki, "Azərbaycan Beynəlxalq Bankı", "Rabitəbank", "Bank Respublika", "Unibank", "Kapital Bank" və "PAŞA Bank" kart sahibləri bu gündən etibarən "Google Pay"dan istifadə edə biləcəklər.
Qeyd edək ki, "Goole Pay" Android əməliyyat sistemində işləyən mobil cihazlardan istifadə etməklə Google tərəfindən hazırlanmış elektron ödəniş sistemidir. (Trend)