“Google Pay” yerli bankların sisteminə inteqrasiya olunub.
Eləcə də bax: Azərbaycanda "Google Pay" xidməti yaxın zamanlarda - TƏTBİQ OLUNACAQ
FED.az xəbər verir ki, hazırda “Google Pay” funksiyası tam işləkdir və yaxın günlərdə banklar tərəfindən xidmətin istifadəyə verilməsinə dair məlumatlar təqdim ediləcək.
Qeyd edək ki, “Google Pay” nağdsız (təmassız) ödənişlərin aparılması üçün istifadə olunan proqram təminatıdır.
Sistem 2015-ci ilin sentyabrın 11-də yaradılıb və “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır. (Apa)