İnvestisiya qoyuluşu, kapital bazarları və birjalarda ticarət ilə bağlı təlimlər təşkil edən "Freedom Finance Azerbaijan" ASC-nin nizamnamə kapitalı 849 min 878 manat artırılıb.
Eləcə də bax: Türkiyənin ən böyük bankı «Mir» kartları ilə əməliyyatı - DAYANDIRDI
FED.az xəbər verir ki, Şirkət hazırda nizamnamə kapitalının miqdarının hər birinin nominal dəyəri 258,40 manat olan 5605 ədəd adi, adlı, sənədsiz səhmlərdən ibarət olmaqla 1 milyon 448 min 332 manat olduğunu açıqlayıb.
İndiyədək "Freedom Finance Azerbaijan ASC-nin nizamnamə kapitalı 598 min 454,40 manat təşkil edirdi.
15 Fevral 2021-ci il tarixində dövlət qeydiyyatına alınmış "Freedom Finance Azerbaijan ASC-nin direktoru Məmmədov Vüsal Rafayıl oğludur.
"Freedom Finance Azerbaijan" MMC-nin təsisçisi "Freedom Holding"dir. "Freedom Holding"in investisiya, vasitəçilik, məsləhət xidmətləri və müştəriləri kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin bilavasitə ilkin bazardan alınması üzrə xidmətləri təşkil etməkdir. Holdinq Azərbaycan da daxil olmaqla 9 ölkədə fəaliyyət göstərir. Holdinqin törəmə şirkətləri Avropada, Ukraynada, Qazaxstanda lisenzilayalaşdırılmış investisiya şirkəti kimi fəaliyyət göstərir. Holdinqin Azərbaycandakı törəmə şirkəti olan "Freedom Finance Azerbaijan" MMC–nin isə əsas fəaliyyət istiqaməti təlim və tədrisdir.
"Freedom Finance Holding"in rəhbəri Timur Trulovdur. O, Rusiya vətəndaşlığından rəsmi şəkildə imtina edərək Qazaxıstan Respublikasının vətəndaşlığını alıb. (Marja)