Beynəlxalq reytinq agentliyi "Fitch" Ermənistanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini (EDR) “B+” səviyyəsində təsdiqləyib, lakin əsasən Rusiya, Belarus və Ukraynadan gələnlərin (miqrantların) müsbət töhfəsi hesabına proqnozu "sabit"dən "müsbət"ə dəyişib.
Fitch: "Rusiyaya sanksiyalar Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq"
FED.az xəbər veri ki, bu barədə agentlik məlumat yayıb.
“Rusiya, Ukrayna və Belarusdan əhali axını (hakimiyyət orqanlarına görə, təxminən 65 min nəfər) makroiqtisadi və vergi göstəricilərində yaxşılaşmaya kömək edib", - "Fitch" izah edir.
“Fitch” Ermənistan iqtisadiyyatının ötən il 11,6% artdığını qiymətləndirir ki, bu da son 15 ilin ən yüksək göstəricisi olub və buna böyük miqrant axını şərait yaradıb. Artımın 2023-cü ildə 6,1%-ə, 2024-cü ildə isə 4,7%-ə qədər yavaşlaması gözlənilir.
Bundan əlavə, reytinqi, pul köçürmələrinin 140% artması hesabına ölkəyə daxil olan pul axınının artması da dəstəkləyir.
Agentlik ölkədə inflyasiyanın cari ilin sonunda 6,5%-ə, 2024-cü ildə isə daha da 4,2%-ə qədər azalacağını proqnozlaşdırır. (Marja)