“Fitch Solutions” beynəlxalq reytinq agentliyi Azərbaycana investisiyalarla bağlı proqnozunu yaxşılaşdırıb.
FED.az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
Belə ki, “Fitch Solutions” Azərbaycana investisiyalar üzrə artım proqnozunu 2022-ci ildəki 0,9 faiz bənddən (2011-21-ci illərdə orta hesabla 0,8 bənd) 2023-cü ildə 1,3 faiz bəndinə kimi artırıb.
“Fitch Solutions” həmçinin hesab edir ki, Ukrayna müharibəsi ilə əlaqədar olaraq Avropa İttifaqının ağır sanksiyaları fonunda Rusiya ticarətini Avropadan Şərqə yönəldib və Azərbaycanın qeyri-neft və qaz sektoru bundan faydalanıb. Belə ki, Azərbaycan və Rusiya arasında ticarət 2022-ci ilin noyabrına 23,0% (illik hesablanmış) artıb. Başqa sözlə, Azərbaycanın ümumi xarici ticarətində Rusiyanın payı 2021-ci ildəki 8,0%-dən 2022-ci ildə 12,0%-ə yüksəlib. “Fitch Solutions” Rusiyadan Azərbaycana kapital axınlarının 2023-cü ildə də güclü olacağını, qeyri-neft və qaz sektoruna investisiyaların artmaqda davam edəcəyini proqnozlaşdırıb. (Apa)