"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib.
Eləcə də bax: "Fitch": Azərbaycan 2021-2023-cü illərdə neft hasilatını - Artıracaq
FED.az xəbər verir ki, hazırda agentlik Azərbaycanda 2021-ci ildə real ÜDM-in artım tempinin 2,5% səviyyəsində olacağını gözləyir. "Fitch"in ötən ilin noyabr ayının proqnozu isə 2,7%-ə bərabər idi.
Qeyd edək ki, ötən il Azərbaycanda COVID-19 pandemiyası fonunda ÜDM istehsalı 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib. (Apa)