2021-ci ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilat; 767,5 min barel təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 2,1% çoxdur.
Eləcə də bax: Azərbaycan bu il qaz hasilatını 8% artıracaq - PROQNOZ
FED.az xəbər verir ki, "Fitch Solutions" şirkətindən verilən məlumata görə, 2022-ci ildə bu göstəricinin bir qədər də artaraq 777,7 min barel təşkil edəcəyi gözlənilir. Şirkətin analitikləri proqnozun artmasını "OPEC+"un (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) gündəlik neft hasilatını tədricən artırması gözləntisi ilə əsaslandırır.
Uzunmüddətli proqnoza gəldikdə, 2023-cü ildə neft və digər maye karbohidrogenlər hasilatının 781,6 min barelə qədər çatacağı güman edilir.
Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 750 min barel təşkil edəcəyini proqnozlaşdırır. Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artacaq və 800 min barel təşkil edəcək. Bu, martda verilən proqnozla müqayisədə 20 min barel azdır. (Apa)