“Azərbaycan Mərkəzi Bankına tövsiyyə edirik ki, əmanətlərin sığortalanması ilə bağlı uzunmüddətli strategiyanın müddəti uzadılsın və yaxud yenisi hazırlansın”.
Eləcə də bax: Azərbaycan bankları geri qaytarılmış aktivlərə görə - ƏDV Ödəmək İstəmir
FED.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı "Ağ sənəd"də bildirilir.
“Qısamüddətli müzakirələr istehlakçıların davranışına qeyri-müəyyənlik, banklara isə yalnız qısamüddətli vəsaiti gətirir. Nəticədə, uzunmüddətli layihələrə investisiya qoyuluşu banklar üçün çətinləşir. Müştərilər banka əmanət yerləşdirmək üçün gələcəklə bağlı etimada və aydın təsəvvürə malik olmalıdırlar”, - deyə sənəddə qeyd olunub. (Report)