Azərbaycanda fəaliyyət göstərən bankları geri qaytarılmış aktivləri görə Əlavə Dəyər Vergisinin (ƏDV) ödənilməsindən azad edilmələrini istəyir.
Eləcə də bax: Xarici alış-verişlər zamanı ƏDV tələbi ilə bağlı - VERGİDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı "Ağ Vərəq" adlı sənəddə bildirilib.
“Vergi Məcəlləsinin 3-cü maddəsində öz əksini tapmış vergilərin müəyyən edilməsi və tutulması prinsiplərinə əsasən, vergitutma ədalətli olmalı, sahibkarlıq və investisiya fəaliyyətlərini təşviq etməlidir. ƏDV-dən azad olan əməliyyatlar Məcəllənin 164-cü maddəsində qeyd olunib. Həmin maddə həm də maliyyə xidmətlərinin göstərilməsi ilə əlaqədar malların təqdim edilməsi üçün şamil olunur. Məcəllənin 164, 13.2.14 və 13.210-cu maddələri birlikdə nəzərə alınmaqla borc təminatı olan daşınmaz əmlakın balans vərəqəsinə ötürülməsi maliyyə xidməti hesab olunur və bu əmlakı bankın digər şəxsə satması ƏDV-dən azad olunmalıdır. Bununla, bank qanunvericilik üzrə yaranmış öhdəlik fonunda birmənalı olaraq bu aktivləri özünün balans vərəqəsində nəzərdən keçirir və mümkün qədər qısa müddətdə onu satır. Qeyd olunmuş vəziyyətdə 18% ƏDV tələbinin geri qaytarılmış aktivlərin satışı təqdirində banklar üçün istisna olunması tövsiyə olunur”, - deyə sənəddə qeyd olunub. (Report)