Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ölkəmizin ilk assosiativ təşkilatlarından biridir və assosiativ təşkilatların daha zəif olduğu bir dövrdə, ötən əsrin sonlarında fəaliyyətə başlayıb.
"Ortaq Türk Qiymətləndirmə Standartları hazırlanacaq"
FED.az xəbər verir ki, bunu AQC-nin sədri Vüqar Oruc III Beynəlxalq Qiymətləndiricilər Forumunda deyib.
O bildirib ki, bu sahədə baş verən müsbət dəyişikliklər AQC-nin fəaliyyətindən yan ötməyib: "Son illərdə AQC-nin fəaliyyətində mühüm dəyişikliklər baş verib ki, bu sırada beynəlxalq əlaqələrin güclənməsi də xüsusi yer tutur. Təbii ki, xarici əlaqələrin inkişafından danışarkən, əsas fəaliyyət istiqamətimiz türk dövlətləri ilə təmasların artırılmasıdır. Hansı ki, buna qədər türk dövlətləri qiymətləndiriciləri arasında təmaslar çox təəssüf ki, yüksək səviyyədə deyildi".
V. Oruc diqqətə çatdırıb ki, Türk Dövlətləri Qiymətləndirmə Birlikləri Şurasının əsas məqsədi qardaş dövlətlər arasında əməkdaşlığın artırılmasına töhfə vermək, təlim-tədris və təcrübə mübadiləsini həyata keçirmək, vahid məlumat bazası və türk dövlətləri qiymətləndiricilərinin milli standartlarının formalaşmasına nail olmaqdır. (Report)