Azərbaycanın maliyyə sektoru yüksək sürətlə inkişaf etməkdədir.
"Bank-maliyyə sistemində aparılan islahatlar artıq öz nəticələrini verir"
FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə deyib.
O bank sektorunun həm əhali, həm də biznes üçün vacib rol oynadığını qeyd edib.
"Bu gün ölkəmizin hər bir vətəndaşı ölkədəki bankların və qeyri-bank təşkilatlarının maliyyə vasitələrindən yararlana bilər. İstər pul vəsaiti üçün, istərsə də depozitlərin açılması üçün xarici banklara müraciət etməyə ehtiyac görmürük. Bu gün banklarımız regionda ən dayanıqlı banklardan biridir", - Z.Nuriyev deyib. (Trend)