Son illər bank-maliyyə sistemində aparılan islahatlar artıq öz nəticələrini verir, Azərbaycanda iqtisadiyyatın inkişafı və sabit valyuta bazarı təmin edilir, insanların rifah halı yaxşılaşdırılır.
"Azərbaycanda İslam maliyyə mexanizmlərinə tələbatın texniki-iqtisadi təhlili aparılmalıdır"
FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
"İndi bank hər bir vətəndaşın həyatında mühüm rol oynayır. İnsanlar banklardan istifadə edir və bu, onların həm həyat şəraitinin yaxşılaşmasını, həm də vəsaitlərinin etibarlı saxlanılmasını təmin edir. Prezident İlham Əliyevin uzaqgörən addımları özəl bankların sayının optimallaşmasına və onların daha da koordinasiyalı çalışmasına imkan yaradıb", - deyə Z.Nuriyev əlavə edib.
Onun sözlərinə görə, Heydər Əliyev çıxışları zamanı bank sektorunun dinamikası və cari vəziyyətinə diqqət çəkərək əhalini xarici banklardan yerli banklara yönəlməyə çağırırdı: "Heydər Əliyev bir çıxışında bu məsələni xüsusilə önə çəkərək deyirdi: "Mən bütün iş adamlarına, Azərbaycanda müxtəlif sahələrdə maliyyə vəsaitinə malik olan bütün şəxslərə məsləhət verirəm ki, heç nədən çəkinməsinlər və qorxmasınlar. İndi Azərbaycanda banklar etibarlıdır və özəl kommersiya bankları artıq öz yerlərini möhkəmləndirib. Ona görə də siz Azərbaycan banklarından istifadə edin. Valyutanızı xarici banklarda saxlamayın. Mən əvvəlcədən deyirəm, heç kəs qorxmasın və çəkinməsin. Kim Azərbaycanın özəl banklarından istifadə edəcəksə, onların vəsaitinin toxunulmazlığı təmin olunacaq". Xalqımız və iş adamları da bu çağırışlara əsaslanaraq yerli banklara üz tutmağa başladılar". (Report)