Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi də cəlb olunub.
Dövlətin dəstək verəcəyi sahələr açıqlandı: İnvestisiya təşviqi sənədi veriləcək – İSTİQAMƏTLƏR – FƏRMAN
FED.az xəbər verir ki, bu fevralın 1-də prezident İlham Əliyevin fərmanı ilə qüvvəyə minmiş «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» və «Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə» qanununda əksini tapıb.
Qanunun 29-cu maddəsinə əlavə edilən yeni hissəyə əsasən dini qurumlarla iş üzrə müvafiq dövlət qurumu – yəni Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin vəzifələrinin siyahısına «dini qurumlara münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qanunda nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarını həyata keçirir» hissəsi əlavə edilib.