Azərbaycanda dövlət büdcəsinin kəsirinin əsasən dövlət borclanması hesabına qarşılanması yüksək borc faizləri fonunda iqtisadiyyata sərf edilə biləcək maliyyə resurslarının borca xidmət xərclərinə yönəlməsi risklərini artırmaqdadır.
"Bu il rayon icra hakimiyyətləri 87 milyon manat mükafat alıblar - GƏLƏN İL 100 MİLYON OLACAQ"
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında - gələn ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, növbəti ilin büdcəsi kəsirinin ÜDM-ə nisbəti cari illə müqayisədə az olmaqla proqnozlaşdırılıb, kəsirin maliyyələşdirilməsində cari ildə olduğu kimi daxili borclanmaya üstünlük verilməsi nəzərdə tutulub.
"Ümumilikdə, növbəti il üçün proqnozlaşdırılan borca xidmət xərclərinin tərkibində faiz xərclərinin 1 milyard 300,5 milyon manat təşkil etməsi, cari il üzrə ilkin proqnozdan 15,9 %, yenidən baxılmış məbləğdən 3 dəfəyə yaxın çox olmaqla, növbəti il üzrə dövlət büdcəsinin kənd təsərrüfatına ayrılan xərclərindən çoxdur", - deyə sədr əlavə edib. (Report)