Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrda yenilənmiş proqnozlara görə, ölkədə inflyasiyanın 2021-ci ildə 4% diapozonunda formalaşacağı gözlənilir.
Eləcə də bax: Mərkəzi Bank faiz qərarını açıqladı - SON DƏQİQƏ
FED.az xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bu, fiskal stimullaşdırılma və istehlakın bərpası ilə bağlıdır.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8% təşkil edib. (Apa)