2024-cü ilin birinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabında 1.7 milyard dollar profisit yaranıb.
FED.az xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
O bildirib ki, ehtiyat aktivləri 116 milyon dollar artıb. Xarici ticarət balansı 2.7 milyard dollar profsitli olub. Təkrar gəlirlər balansında 180 milyon dollar profsit formalaşıb.
Neft-qaz sektoru üzrə CƏH-in profisiti 3.6 milyard dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 1.9 milyard dollar məbləğində olub.
"Yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar birbaşa xarici investisiya qoyulub, Azərbaycanın xarici ölkələrə birbaşa investisiya qoyuluşları isə 1,9 milyard dollar təşkil edib" - deyə AMB direktoru bildirib.