Demək olar ki, əsas inkişaf etmiş ölkələrin demək olar hamısı iqlim hədəflərini səsləndiriblər və Azərbaycanda da bu işin üstündə işlər gedir və yaxın həftələrdə biz iqlim strategiyamızı təqdim edəcəyik.
"Azərbaycan bankları yaşıl maliyyəyə 17,6 milyard dollara yaxın vəsait yönəltməlidir"
FED.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən “Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu”nda çıxışı zamanı bildirib.
O bildirib ki, iqlimdən gələn risklər ölkələrə, xüsüsilə inkişafdan geri qalan ölkələrin iqtisadiyyatına çox ciddi zərbələr vurur. Maliyyələşdirilmənin canlanmasl üçün bu ölkələrdə böyük tədbirlər görülür. İqlim strategiyasınln çox vacib məsələsi ölkədə dekorbanizasiya proqramını həyata keçirməkdir.
“Maliyyə sektoru bu işin əsas hərəkətverici qüvvəsi olacaq. Maliyyələşdirmə olmadan biz heç nəyə nail ola bilmərik. Bu il biz çox aydın şəkildə gördük ki, bütün məsələlər maliyyələşdirmədən başlayır və maliyyə sektorundan çox şey gözlənilir. Bizim banklardan və maliyyə institutlarından kreativ və müxtəlif təkliflər baxımından böyük gözləntilərimiz var”, - deyə nazir əlavə edib.