Azərbaycanda İslam maliyyə mexanizmlərinə tələbatın texniki-iqtisadi təhlili aparılmalıdır.
Azərbaycanda islam bankçılığı tətbiq ediləcək – QANUNLARA DƏYİŞİKLİK GÖZLƏNİLİR
FED.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, bu məsələ McKinsey & Company, ABA, Azərbaycan Mərkəzi Bankı və İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış birgə sənəddə öz əksini tapıb.
"Bununla əlaqədar olaraq fəaliyyət planı hazırlanıb. Azərbaycan Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və digər maraqlı tərəflərlə bu istiqamətdə aparılacaq işlərin müsbət nəticə verəcəyini hesab edirik və bütün bankları bu təşəbbüsə qoşulmağa çağırırıq", - Nuriyev əlavə edib. (Trend)