Azərbaycanın sığorta və qiymətli kağızlar bazarları zəif inkişaf edib və bunu nəzərə alaraq, biz requlyator kimi, yalnız nəzarətlə kifayətlənməyərək, bu bazarları da inkişaf etdiririk.
FED.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Eləcə də bax: Mərkəzi Bank faiz qərarını açıqladı - SON DƏQİQƏ
AMB sədri qeyd edib ki, belə bir praktika həm də bank sektorunda tətbiq olunub.
Onun sözlərinə görə, bu bazarların həcmi olduqca kiçikdir və həcmlərin də böyük bir hissəsi bank sektorundan əmələ gəlir. (Apa)