Bu ilin birinci rübündə Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 1.5 milyard dollarlıq birbaşa xarici investisiya yatırılıb.
AMB direktoru: "Azərbaycanın cari əməliyyatlar hesabında 1,7 milyard dollar profisit yaranıb"
FED.az xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
Bundan başqa, o, qeyd edib ki, yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına 1,5 milyard ABŞ dolları birbaşa xarici investisiya qoyulub, Azərbaycanın xarici ölkələrə birbaşa investisiya qoyuluşlarının repatriasiyası isə 1,9 milyard ABŞ dolları təşkil edib.