May ayının 1-dən Azərbaycanda xüsusi tənzimləmə rejiminin tətbiqinə başlanılır.
AMB xüsusi tənzimləmə rejiminin məqsədini - AÇIQLAYIB
Ödəniş təşkilatları və elektron pul təşkilatları üzrə - YENİ TƏLƏBLƏR
FED.az xəbər verir ki, bunu Xüsusi Tənzimləmə rejimi layihəsinin təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyib.
O bildirib ki, Mərkəzi Bank 2024-2026-cı illərdə “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirməyi hədəfləyir.
Qeyd edək ki, “Sandbox” adlanan xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsinin qaydalar toplusunu əks edir. Xüsusi tənzimləmə rejimi meyarlara uyğun gələn və test rejimində aparılan sınağının nəticəsi uğurlu olan məhsulların bazara təqdim olunması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədini daşıyır. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcək. (Apa)