Ardıcıl 4 aydır Azərbaycandakı bankların nağd valyuta alışları satışlarını üstələyir.
Eləcə də bax: "Antiinflyasiya şəraiti qorunur"
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Elman Rüstəmov bildirib ki, valyuta bazarında təklifin artması, tələbin isə azalması müşahidə olunur. Bu da qiymətlərin əsas lövhəri olan məzənnə sabitliyini dəstəkləyir.
"Ötən dövrdə banklar tərəfindən xalis olaraq cəmi 196 milyon dolları satılıb. Aprel ayından etibarən isə bankların nağd valyuta alışı satışlarını üstələyir. Ötən dövrdə keçirilmiş hərracların 87%-ndə tələb təklifi üstələyib", - Elman Rüstəmov bildirib. (Marja)