Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapazonunun yuxarı həddinə (4%) yaxın olacağı proqnozlaşdırılır.
Eləcə də bax: Mərkəzi Bank faiz qərarını açıqladı - SON DƏQİQƏ
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında bildirib.
"Monetar siyasət nəticəsində antiinflyasiya şəraiti qorunur. AMB-nin uçot dərəcəsi ilə bağlı son qərarından sonra 0,5%-lik defilyasiya qeydə alınıb", - o qeyd edib.
E.Rüstəmov dünya bazarında neftin 1 barelinin qiyməti ilə bağlı proqnozlarını da açıqlayıb və bu rəqəmin ilin sonuna doğru 65 dollar ola biləcəyini deyib. (Report)