Azərbaycanda maliyyə sektoru informasiya texnologiyaları (İT) olmadan inkişaf edə bilməz.
Eləcə də bax: Bakıda beynəlxalq bankçılıq forumu - "IBF 2022" FƏALİYYƏTƏ BAŞLAYIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun, eləcə də "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.
“İnternet bankçılıq 55% böyüyüb”
Taleh Kazımov qeyd edib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda internet bankçılıqla aparılan əməliyyatların ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 55 % çox olub.
“Hazırda bank müştəriləri cari hesablar üzrə ödənişlərin 77%-ni elektron bankçılıq vasitəsi ilə həyata keçirir”, - deyə o, əlavə edib. (Report)