Bu gün noyabrın 24-də Bakıda Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə ölkənin ən böyük ənənəvi bank tədbiri - VI BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2022) fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, forumun builki mövzusu: ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQDIR. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilir.
Real və onlayn imkanları özündə birləşdirməklə hibrid formada təşkil olunan forumun əsas əsas mövzuları aşağıdakılardır:
1.Bankçiliq: yeni texnologiyalarla daha etibarli, təhlükəsiz və dayanıqlı
2.Post-covid dövründə bankçiliq: çağırışlar və imkanlar
3.Nəğd pul dövriyyəsi: prosesi necə optimallaşdırmalı
4.Super-tətbiqlər və rəqəmsal platformalar
5.Açiq bankçılıq: gələcək daha əlaqəlidir
6.“Embedded” bankçiliq və bankçiliq xidmət kimi
7.Rəqəmsal onbordinq və maneəsiz rəqəmsal səyahət
8.Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru
9.Rəqəmsal aktivlər: bizi nə gözləyir
10.Kibertəhlükəsizlik trendləri
Kifayət qədər tarixə malik olan Forum bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullararını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün hər zaman yeni imkanların olması bizi hər zaman həvəsləndirir.
IBF 2022 Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.