Cari ilin 10 ayında Mərkəzi Bankın ehtiyatları 16.8% artaraq 10.5 mlrd. ABŞ dolları təşkil etmişdir.
Cari ilin 9 ayında Mərkəzi Bankda 71 valyuta hərracı keçirilib
FED.az xəbər verir ki, bu barədə məlumatları Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Kazımov qeyd edib ki, 10 ayda valyuta hərraclarının 99%-də təklif tələbi üstələmişdir. Bu dövrdə valyuta bazarında məzənnə sabitliyinin təmin olunması məqsədilə Mərkəzi Bank 1 milyard 248 miylon ABŞ dolları həcmində alışyönlü müdaxilə etmişdir.