Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 74 korporativ istiqraz emissiyası təsdiq edilib.
İnvestisiya şirkətlərinin korporativ istiqrazlar dövriyyəsinin həcmi üzrə renkinqi - (YANVAR-İYUN/2025)
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Bundan başqa, onun sözlərinə görə, 10 ayda qiymətli kağızlar bazarındakı əməliyyatların ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 7 % artaraq 55 milyard manat təşkil edib: "Dövr ərzində dövlət qiymətli kağızları ilə aparılan əməliyyatların dəyəri 8,9 milyard manat olub. Hesabat dövründə qiymətli kağızların dövlət qeydiyyatı üzrə 17 milyard manat həcmində emissiya həyata keçirilib", - deyə o qeyd edib.(Report)










