Amerikanın qlobal maliyyə institutu JPMorgan bu il qızılın qiymətinin 2500 dollara çatacağını gözləyir.
Qızıl investorları ABŞ-ın inflyasiya məlumatlarını gözləyir
FED.az xəbər verir ki, "JPMorgan Chase & Co."nun Qlobal Əmtəə Tədqiqatının rəhbəri Nataşa Kanevanın sözlərinə görə, qızılın qiyməti bu il bir unsiya üçün 2500 dollara çatmaq potensialına malikdir.
"Biz gözləyirik ki, qızılın qiyməti 2,500 dollara çata bilər. Çünki bazar həddən artıq həyəcanlanmağa meyllidir",- Nataşa Kaneva deyib.
Qızılın qiyməti ötən həftə 2203 dollara olmaqla tarixdə ən yüksək səviyyəsini görüb. Bakı vaxtı ilə saat 09:25-də qızılın unsiyası 2170 dollardan ticarət olunub.
ABŞ Mərkəzi Bankının (FED) uzun müddətdir gözlənilən daha yumşaq pul siyasətinə keçidinin istiqrazlar kimi gəlir gətirən aktivlərlə müqayisədə qızılın cəlbediciliyini artıracağı gözlənilir. FED borclanma xərclərini (faizləri) azaltmazdan əvvəl inflyasiyanın 2 faizlik hədəfə doğru getdiyinə dair daha çox sübut görməlidirlər. (Marja)