“Qarşımızda duran əsas məsələlərdən biri də büdcə qaydasının müəyyən olunmasıdır”.
Eləcə də bax: Maliyyə naziri: "İlin 2-ci yarısında maliyyə problemi yaranacaq"
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, büdcə qaydasının tətbiqi davam edilsəydi, Neft Fondundan dövlət büdcəsinə edilən vəsaitdə kəsir yaranacaqdı: “Bu, indiki şəraitdə arzuedilməzdir. Onsuz da dünyada iqtisadiyyatlar böyük təzyiq altındadır. Hökumətlər makroiqtisadi göstəricilərə xələl gətirməməklə sahibkarlara dəstək verməyə çalışmalıdır. Çünki bunu etməsək, sonra daha çox vəsaitlərin sərf edilməsinə şərait yaranar. Büdcə qaydasını müvəqqəti dayandırmaq təklifini veririk”.
Maliyyə naziri deyib ki, bu xəstəliyin nə vaxtsa sonu olacaq: “Belə olan təqdirdə təklif ondan ibarətdir ki, büdcə qaydası 2021-ci yanvarın 1-dək dayandırılsın. Ümumi orta və uzunmüddətli siyasətimiz ona yönəlib ki, qeyri-neft baza kəsirinin tədricən azalmasına nail olaq”.