“Koronavirus pandemiyasının yayılması qlobal iqtisadiyyatda neqativ meyllərinin artmasına gətirib çıxarıb”.
Eləcə də bax: Büdcəyə yığılan vergi və gömrük rüsumları azaldılır – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı komitə Maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, Beynəlxalq Valyuta Fondu bir sıra sahələrdə proqnozlarını yeniləyib: “O cümlədən bizim üçün maraqlı olan neft və neft məhsullarının qiyməti ilə bağlı proqnozlarını da. Dünyada baş verən proseslər, koronavirusun pandemiya səviyyəsinə qalxması, bütün qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyyə balansının pisləşməsinə səbəb olub. Bu il tətbiq olunan karantin rejimləri ölkədə işgüzarlığın zəifləməsi ilə nəticələnib. Məntiqi olaraq, cari ilin ilk 6 ayında dövlət büdcəsinin icra göstəriciləri həm gəlir, hm də xərclər olaraq yerinə yetirilib. Proqnozlaşdırılandan da yaxşı səviyyədə. Lakin qeyd olunmalıdır ki, 1-ci yarımildə dövlət büdcəsinin icrası müsbət olsa da, makroiqtisadi göstəricilər ikinci yarımildə maliyyə probleminin yaranacağını proqnozlaşdırmağa imkan verir. İqtisadiyyatın əksər sektorunda azalmalar müşahidə olunmaqdadır. Buna görə də İqtisadiyyat Nazirliyi yeni şəraitdə proqnozlarına yenidən baxıb. Neftin qiymətinə də yenidən baxılır. 55 dollar götürülən neft qiymətinin 35 dollar olması proqnozlaşdırılır. 6 ayın nəticəsinə görə gəlirlər üzrə artıq daxilolmalar var. Həmin daxilolmalar da nəzərə alınmaqla cari ildə büdcəyə daxilolmalarda azalmalar gözlənilir”. (Apa)