Avropa və Amerika bankları Ukrayna hadisələrinə görə ümumi məbləği 10 milyard dollardan çox itki ilə üzləşməyə hazırlaşırlar.
Eləcə ə bax: Avropa bankları Ukrayna böhranına görə 7 mlrd. dollar - İTİRİB
FED.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti yazır. Qeyd olunur ki, İtaliyanın ən böyük bankı olan “Unicredit” bu həftənin əvvəlində Rusiyada mümkün itkilər üçün 1,2 milyard avrodan çox vəsait ayırdığını bildirib və Rusiyada fəaliyyətinin tamamilə dayandırılacağı təqdirdə 5,3 milyard avro itirə biləcəyi barədə xəbərdarlıq edib.
“Rosbank”dakı payını satdığını elan edən Fransanın “Societe Generale” bankı sövdələşmədən 3,1 milyard avro itirməyə hazırlaşır.
Amerika bankı “Citigroup” 3 milyard dollarlıq mümkün itkilər barədə xəbərdarlıq edib və indiyədək potensial itkilər üçün 1 milyard dollar ayırıb.
“JPMorgan Chase” isə Ukrayna hadisələri səbəbindən 1 milyard dollara qədər itirəcəyini gözləyir. (Trend)