Azərbaycan Mərkəzi Bankı iyunun 19-da keçiriləcək iclasda yəqin ki, monetar şərtlərin yumşaldılmasına dair qərar qəbul edəcək və təkrar maliyyələşdirmə dərəcəsini 25 faiz bəndi 7%-dək azaldacaq. Rusiyanın “Qazprombank”ın analitikləri belə proqnoz verirlər.
Eləcə də bax: «PAŞA Bank» «Qazprombank»ı Azərbaycana gətirir – SAZİŞ İMZALANDI
FED.az xəbər verir ki, bankın icmalına əsasən, “Qazprombank”da bu qərarın xeyrinə əsas olaraq aşağıdakıları hesab edirlər: iqtisadiyyatın artım sürətinin azalması istiqamətində risklərin balansının davamlı dəyişilməsi; dezinflyasiya amillərinin möhkəmlənməsi, qızıl-valyuta ehtiyatlarının yüksək kifayətliliyini qorumaqla valyuta bazarında stabil vəziyyət; Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrdə aşağı inflyasiya riskləri.
“Digər formalaşan əksər bazarların Mərkəzi Banklarından fərqli olaraq, hazırki xarici böhran təzahürləri şəraitində AMB monetar şərtlərin yumşaldılmasına ehtiyatlı yanaşama nümayiş etdirdi, təkrar maliyyələşdirmə dərəcəsinib azaldılmasında fasilə etdi və may ayının iclasının yekunları üzrə faiz dəhlizinin yuxarı həıddinin 9%-dən 8%-dək dəyişməsi ilə məhdudlaşdı. Gələcək iclasda AMB-dən dərəcəni 25 faiz bəndi azaldacağını gözləyirik”, - bankın icmalında qeyd edilir.
2020-ci ilin 5 ayının yekunları üzrə MDB-nin bir çox ölkələri üçün səciyyəvi olan karbohidrogenlərin qiymətinin ucuzlaşması və pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi şəraitində ötən ilin analoji dövründə 2,% artım ilə müqayisədə Azərbaycanda ÜDM-in 1,7% azalıb.
Həmçinin, qeyri-neft ÜDM-in azalması 2,1% təşkil edib, baxmayaraq ki, ötən ilin analoji dövrü ərzində bu rəqəm 2,4% artıb.
May ayında Azərbaycanda inflyasiyanın sürəti azalıb və AMB-nin dəstəklədiyi Azərbaycan manatının stabil məzənnəsi sayəsində ilin sonuna olan AMB-nin orta hədəf diapazonundan (4%±2%) aşağı olaraq qalır. May ayında inflyasiya məhdudlaşdırıcı tədbirlərin tətbiqi şəraitində apreldə ilkin mallarına istelhak tələbatının normallaşması hesabına 2,9%-dək azalıb. İdxalın bahalaşmasının aşağı riskləri USD/AZN-nin sabit məzənnəsi ilə təmin edilir.
“Əhalinin xarici valyutaya olan tələbatı böhrandan öncəki səviyyəyə qayıdıb. AMB-nin hərracında valyuta satışı pandemiya başlanandan minumumu ötüb. Çərşənbə axşamı keçirilən hərracın yekunları üzrə (16 iyun - İF) valyuta satışının həcmi $30,9 milyon təşkil edib, bu da 10 marta olan satışın pik həcmindən 10,5 dəfə azdır ($323 milyon). Neftin qiymətinin tədricən bərpası, həmçinin AMB-nin milli valyutada likvdiliyini tənzimləyən alətləri Azərbaycan manatına dəstəyi davam etdirəcək. Beynəlxalq ehtiyatların yüksək kifayətliliyi xarici şoklar şəraitində manatın dəstəklənməsinə imkan yaradır. Azərbaycan xarici böhran təzahürləri şəraitində MDB-nin beynəlxalq ehtiyatlarla daha artıq təmin olunmuş ölkələrindən biri olaraq qalır və milli valyutanın dəstəklənməsi üçün kifayət dərəcədə ehtiyatlara malikdir. İyunun 1-nə ARDNF-nin aktivləri nəzərə alınmaqla AMB-nin qızıl-valyuta ehtiyatları $47 milyarddan artıq səviyyədə qiymətləndirilir və idaxlın ən azı 55 ayının ödənilməsini təmin edərək ÜDM-in 100%-nə yaxındır”, - “Qazprombank”da qeyd ediblər. (İnterfaks)