Qazaxıstanın bank sektoru sabit rejimdə işini davam etdirir.
Eləcə də bax: Qazaxıstanda iğtişaşların biznesə vurduğu ziyan - 213 MİLYON DOLLARI KEÇİB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Bankı məlumat verir.
Qeyd olunur ki, 2021-ci ilin sonuna olan vəziyyətə görə, ölkədə bank sektorunun aktivləri 37 trilyon tengeyə yaxın olub. Sektorun xüsusi kapitalı 4,6 trilyon tengeyə bərabərdir.
Məlumata əsasən, bugünkü gün banklarda əmanətçilər üçün risklər mövcud deyil.
Vətəndaşların banklardakı depozitlərə qanuna uyğun olaraq "Qazaxıstan Depozitlərin Təminatı Fondu" tərəfindən zəmanət verilir.