Qazaxıstanda iğtişaşların biznesə vurduğu ziyan 213 milyon dolları keçib.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin "Atameken" Milli Sahibkarlar Palatasından bildiriblər.
"Təxmini hesablamalara görə, saat 09:00 üçün (Bakı vaxtı ilə 07:00) ümumi ziyan 93,7 milyard tenge (təxminən 213 milyon dollar), yalnız Almatı üzrə - 92,2 milyard tenge (təxminən 209 milyon dollar) təşkil edib", - deyə bildirilib.
Məlumata əsasə, ölkənin 9 regionunda 1488 obyektdə yerləşən 1319, o cümlədən Almatı üzrə 1 399 obyektdə yerləşən 1234 zərər dəymiş sahibkarlıq subyekti müəyyən edilib.
Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.