2025-ci ilin ilk rübündə Azərbaycana Qazaxıstandan fiziki şəxslərin pul köçürmələrinin həcmi 5 milyon 165 min ABŞ dolları təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 967 min ABŞ dolları və ya 15,8% azalıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Qazaxıstandan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 6 milyon 132 min ABŞ dolları olub.
Hesabat rübündə Azərbaycana ümumi pul köçürmələrində Qazaxıstanın payı 2,3% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 2,1% idi.