2025-ci ilin ilk rübündə Azərbaycana Fransadan fiziki şəxslərin pul köçürmələrinin həcmi 1 milyon 427 min ABŞ dolları təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 328 min ABŞ dolları və ya 4 dəfə artıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Fransadan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 5 milyon 755 min ABŞ dolları olub.
Hesabat rübündə Azərbaycana ümumi pul köçürmələrində Fransanın payı 0,5% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 2,5% idi.