Qazaxıstanda nazirlərin, vilayət rəhbərlərinin və deputatların maaş artımı 5 illik müddətə dondurulur.
Eləcə də bax: Qazaxıstanda iğtişaşların biznesə vurduğu ziyan - 213 MİLYON DOLLARI KEÇİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev parlamentdə çıxışı zamanı bildirib.
O, həmin kateqoriyadan olan dövlət qulluqçularının maaşlarının kifayət qədər yüksək səviyyədə olduğu üçün bu addımı atdığı vurğulayıb.