Qazaxıstandakı iğtişaşlar nəticəsində ölkəyə dəyən zərərin ilkin hesablanmış məbləği 44 mlrd. tengə (təxminən 100 mln. ABŞ dolları) təşkil edib.
Eləcə də bax: Qazaxıstanda qazın qiymətini əsassız qaldıran 6 şirkətə - CİNAYƏT İŞİ AÇILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Sahibkarlar Palatası məlumat yayıb.
Zərərin böyük hissəsi ticarət, ictimai iaşə, nəqliyyat, xidmət subyektləri, eləcə də maliyyə sektoruna dəyib. Ümumilikdə 519-a yaxın subyektə zərər dəyib.
Eyni zamanda, qeyd edilir ki, sözügedən biznes obyektlərinə çıxış olmadığından əksər iş adamlarına dəyən tam ziyanı qiymətləndirmək hələ də mümkün deyil.
Xatırladaq ki, bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin bütün regionlarında konstitusion qaydanın əsasən bərpa olunduğunu bəyan edib. Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti Qazaxıstanın hüquq mühafizə orqanları ilə birlikdə Almatı aeroportunu nəzarətə götürüb.