Qazaxıstanda qazın topdansatışı ilə məşğul olan 6 şirkətə, o cümlədən “KazMunayQaz”, “Aktobe MunayQaz”, “KazqerMunayQaz”, “Kazaxoyl Aktobe”yə qarşı cinayət işi başlanılıb.
Eləcə də bax: Qazaxıstanda qaz və benzin qiymətləri ilə bağlı - Yeni Qərar Verilib
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Rəqabətin və İnkişafın Mühafizəsi Agentliyi məlumat yayıb.
Bildirilib ki, maye qazın iri satıcılarının hərəkətlərində bu yanacağın qiymətinin bahalaşdırılmasına dair sövdələşmə əlamətləri aşkar edilib.