Qazaxıstan Milli Bankının (QMB) pul siyasəti komitəsi uçot dərəcəsini illik 10,25%-dən 13,5%-ə qaldırılması ilə bağlı növbədənkənar qərar qəbul edib.
Eləcə də bax: Qazaxıstanda qazın qiymətləri 2024-cü ilə qədər - DƏYİŞMƏZ QALACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, faiz dəhlizi ±1 faiz bəndi çərçivəsində müəyyən olunub. Bankın məlumatında bildirilir ki, geosiyasi vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsi ilə xarici risklərin reallaşması fonunda qiymət sabitliyinin qorunması zərurəti bu qərara yol açıb.
QMB qeyd edir ki, tengenin məzənnəsini sərbəst üzən rejimdə saxlanılır və maliyyə sisteminin sabitliyini təmin etmək üçün həddindən artıq volatillik halında valyuta intervensiyaları həyata keçirə bilər.
Xatırladaq ki, bankın uçot dərəcəsi ilə bağlı planlaşdırılmış qərar martın 9-na təyin edilmişdi. Yanvarda Qazaxıstanda illik inflyasiya 8,5% təşkil edib.