Qazaxıstanda xammal və kommersiya qazının qiymətləri 2024-cü il yanvarın 1-dək dəyişməz qalacaq.
Eləcə də bax: Qazaxıstanda qaz və benzin qiymətləri ilə bağlı - Yeni Qərar Verilib
FED.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Qazaxıstanın baş naziri Əlixan Smailov hökumətin geniş iclasında bildirib.
“Daxili bazar əlavə olaraq 150 min ton mayeləşdirilmiş neft qazı ilə təmin olunacaq. Xam və əmtəəlik qazın qiymətləri 2024-cü il yanvarın 1-dək ötən ilin dekabr ayı səviyyəsində sabitlənəcək”, - Smailov bildirib.
Onun sözlərinə görə, hökumət inflyasiyaya nəzarət və onun azaldılması, tarif siyasətinin təkmilləşdirilməsi, maliyyə intizamının və şəffaflığın təmin edilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsinə diqqət yetirəcək.
"Daxili bazarı doyurmaq və qıtlığınqarşısını almaq üçün sosial əhəmiyyətli ərzaq məhsullarının istehsalı artırılacaq", - Baş nazir vurğulayıb.
Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində maye qazın bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib və bu, bir neçə gün sonra iğtişaşlara çevrilib. İştirakçılar polisə və hərbçilərə hücum ediblər. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iğtişaşları dövlət çevrilişinə cəhd kimi elan edib. Sonra vəziyyət sabitləşib və yanvarın 19-da bütün ölkədə fövqəladə vəziyyət ləğv edilib. Məlumata görə, bu hadisələr nəticəsində 225 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb. (Marja)