Qazaxıstan Milli Bankı uçot dərəcəsini illik 14%-dən 14.5%-ə qaldırıb. Bildirilir ki, növbəti məzənnə qərarı sentyabrın 5-də açıqlanacaq.
FED.az Banker.az-a istinadən xəbər verir ki, tənzimləyici əlavə edib ki, inflyasiyanın davamlılığı əhalinin əmanət davranışını stimullaşdırmaq üçün baza dərəcəsinin bugünkü səviyyədə saxlanmasını tələb edir.
Bankın məlumatına görə, iyunda illik inflyasiya 14.5%-ə qədər sürətlənib. Tənzimləyicinin gözləndiyi kimi, 2022-ci ilin sonuna inflyasiya 13-15%-i keçəcək. İyunun 6-da Qazaxıstan Milli Bankı baza dərəcəsini illik 14% səviyyəsində saxlayıb.