Macarıstanın «EximBank»ı Qarabağda quruculuq işlərində iştirak edən macar şirkətləri üçün 120 milyon dollar kredit xətti açıb.
Eləcə də bax: Azərbaycanda "EXİM Bank" alətləri - YARADILACAQ
FED.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevlə Macarıstanın ölkəmizdə yeni təyin olunan səfiri Tamaş Tormanın tanışlıq görüşündə məlumat verilib.
Bundan başqa, görüşdə bildirilib ki, Macarıstan tərəfi azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün 25 min avro qrant ayırıb.
Görüşdə vurğulanıb ki, 2022-ci ilin 8 ayında da Azərbaycan və Macarıstanın ticarət dövriyyəsi 9,2 faiz artıb.
Nazir S.Babayev iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini qeyd edib, ticarət dövriyyəsinin artırılması üçün birgə səylərin zəruriliyini vurğulayıb, eləcə də yerli və macar iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin önəmini diqqətə çatdırıb. Nazir bildirib Ki, Macar biznes dairələri Ələt Azad İqtisadi Zonasında reallaşacaq layihələrdə iştirakda maraqlı ola bilər.
T.Torma ölkəsinin Azərbaycanla əlaqələri genişləndirmək əzmində olduğunu, ikitərəfli əməkdaşlığın daim inkişaf etdiyini, səfir kimi bu sahədə öz töhfəsini vermək üçün çalışacağını vurğulayıb.